Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində... Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb 31.01.25
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlar dəstək üçün KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər.

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb. Regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstək göstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkara dövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyəti qurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarına cəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətində dəstək göstərib. 

Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir. Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır. Müəssisə ekoloji baxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə mənfi təsir göstərmir.

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlıq subyektləri dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət xidməti, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofisinə müraciət edə bilərlər. 

Powered by Froala Editor