Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Bir qrup şəhid ailəsi və müharibə veteranı üçün heyvandarlıq təsərrüfatları yaradıldı 18.10.22
Bir qrup şəhid ailəsi və müharibə veteranı üçün heyvandarlıq təsərrüfatları yaradıldı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində daha 4 rayon (Şəmkir, Qazax, Tovuz, Salyan) üzrə 18 Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvü üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb.


“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlı layihə sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir.


Layihəyə uyğun olaraq həmin şəxslərə simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar öz kiçik təsərrüfatlarını yaradıblar.


Layihə iştirakçılarına sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik də göstəriləcək.  


Ümumilikdə, 200 nəfəri əhatə edəcək layihə çərçivəsində bugünədək 144 vətəndaş aktivlərlə təmin edilib. Yaxın vaxtlarda qeyd edilən kateqoriyalara aid daha 56 vətəndaş üçün kiçik təsərrüfatlar yaradılacaq.

Powered by Froala Editor