Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Bir sıra şəhər və rayonlar üzrə "KOB Dostu" vəzifəsinə işə qəbul elan edilir 30.08.19
Bir sıra şəhər və rayonlar üzrə "KOB Dostu" vəzifəsinə işə qəbul elan edilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı (Şüvəlan qəsəbəsi) və Mingəçevir şəhərləri, İmişli, Cəlilabad və Tovuz rayonları üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) vəzifəsinə işə qəbul elan edir.


Vəzifə və öhdəliklər:

Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

Təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

Təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və Agentliyə təqdim etmək;

Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq;

Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

Ərazi üzrə zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək;

Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək.

Namizədə tələblər:

Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu;

Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək;

Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

İqtisadi təhlil metodları haqqında məlumatlı olmalı;

Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

Sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı;

Yazılı və şifahi formada özünü ifadə etmək;

Təqdimat və dinləmə bacarıqları.


Şərtlər:

Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (regionun adı)” yazaraq 30.09.2019 tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor