Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olunub 24.12.25
“Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “AccessBank”ın təşəbbüsü və “VISA” şirkətinin əlavə maliyyə dəstəyi ilə həyata keçirilən ikinci “Bizdən Biznesə” startap müsabiqəsi başa çatıb. Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə qaliblər elan olunub. 

Müsabiqənin məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara maliyyə və mentor dəstəyi təqdim etmək, biznes fəaliyyətini təşviq etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. 

Cari ilin 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik kimi meyarlara cavab verən 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxmağa haqq qazanıb. 

Final mərhələsində münsiflər heyətinin qərarına əsasən I yerin sahibi “Smarted Solutions” (Səfər İmanlı) şirkəti “Smart Cart” layihəsi ilə, II yerin sahibi “Lumimex” şirkəti “Günəş panelləri üçün örtüklərin istehsalı” layihəsi ilə, III yerin sahibi isə Elşən Hümbətov "Agritech Hydro Karabakh" layihəsi ilə elan olunub. Bundan əlavə, layihənin tərəfdaşı olan “VISA” şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva “İmaret Botanica” təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilib. 

I yerin sahibinə 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat verilib. Həmçinin “VISA” şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunub. Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər. 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri ölkəmizdə startap ekosistemi, yeni biznes ideyaların və innovativ layihələrin reallaşdırılmasına dövlət dəstəyi və güzəştlər, eləcə də bu sahədə dövlət-özəl əməkdaşlığı, özəl sektorun startaplara dəstəyi barədə fikirlərini bölüşüblər. 

Powered by Froala Editor