Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Biznes plan nədir? - MƏLUMATLANDIRMA 06.02.24
Biznes plan nədir?  - MƏLUMATLANDIRMA

Biznes planlaşdırmadan başlayır. Bu mərhələdə vacib məsələlərdən biri də biznes planın hazırlanmasıdır. Biznes plan – sahibkarlıq subyektinin strategiyasını, müəyyən dövr üzrə maliyyə proqnozlarını müəyyənləşdirən, başqa sözlə desək nəzərdə tutulan biznesin qısa və aydın şərhi, ona nail olmağın yollarının göstərildiyi sənəddir. Biznes plan əsasən hər biri bir neçə alt bölmədən ibarət olan biznesin təsviri və maliyyə planı olmaqla iki hissədən ibarətdir. Güclü, rəqabətqabiliyyətli və gəlirli biznesin yaradılması, müəssisənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün biznes plan vacibdir. Peşəkar şəkildə hazırlanmış biznes plan investor və kredit təşkilatlarının inamını qazanmağa, effektiv strateji qərarların qəbul olunmasına, nəticələrin proqnozlaşdırılmasına, riskləri görməyə imkan verir. 




Powered by Froala Editor