Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
“Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir 10.11.22
“Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir.

17 oktyabrdan start götürən layihəyə müxtəlif sahələr (qida, tekstil, turizm, təhsil və digər) üzrə KOB subyekti olan qadın sahibkarlar müraciət etməkdədir. Layihədə iştirak etmək üçün daha çox bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar maraqlıdırlar.

Layihə çərçivəsində Qax rayonunda 60 nəfər qadının iştirakı ilə məlumatlandırıcı tədbir keçirilib. 

Qeyd edək ki, “Biznesdə Qadınların Gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövrü əhatə edir. Layihənin sonunda layihənin icrası prosesinə cəlb edilmiş qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün pul mükafatları (1-ci yer 5000 AZN, 2-ci yer 3000 AZN, 3-cü yer 2000 AZN) təqdim ediləcək. Eyni zamanda layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcəkdir.

Layihəyə müraciətlərin qəbulu 9 dekabr 2022-ci il saat 18.00-dək davam edəcək. Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, müraciət edə bilərlər: https://bit.ly/3iGusBu 

Əlavə məlumat üçün: Aygün Əhmədova, e-mail: aygun.ahmadova@smb.gov.az, telefon: (+994) 55 792 24 26.

Powered by Froala Editor