Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə KOB sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb 16.12.19
Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə KOB sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti, eləcə də KOB sahəsində Böyük Britaniyanın müvafiq qurumları ilə mövcud əməkdaşlıq qeyd olunub. Ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın inkişafının Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində müzakirə edilməsi müsbət qiymətləndirilib, bunun müvafiq sahədə əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb. Görüşdə KOB-larla bağlı Agentliyin təşəbbüs və layihələri diqqətə çatdırılıb, bu sahədə Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlıq və dəstək imkanları nəzərdən keçirilib. Səfir Ceyms Layl Şarp Böyük Britaniyanın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Azərbaycan KOB-larını daha aktiv iştiraka dəvət edib, bu sahədə dəstək göstəriləcəyini bildirib.

Powered by Froala Editor