Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?
Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib 15.07.26
Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib

KOB evlərində bir sıra yeni xidmətlər sahibkarların istifadəsinə verilib. 

 

2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib. Bu xidmətlərin 180 minə yaxını “Bakı KOB evi”nin, 90 minə yaxını “Yevlax KOB evi”nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş “Gəncə KOB evi”nin, 700-ə yaxını “Şuşa KOB evi”nin, 10 mindən çoxu “Xaçmaz KOB evi”nin, 32 mindən çoxu isə “Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür. 


KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.      


Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, poçt və kommunal xidmətlər və s. üçün müraciət ediblər. 


Bu ilin I yarısında KOB evlərində bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib. 


Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.


Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. KOB evlərində sahibkarlara ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir. 

Powered by Froala Editor