Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
Çinin "Lookwe" jurnalı KOBİA haqqında 19.04.19
Çinin "Lookwe" jurnalı KOBİA haqqında

Çində ingilis və Çin dillərində nəşr edilən “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub.

Nəşrdə Azərbaycan haqqında ümumi məlumatlar, son dövrlərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinə dair ətraflı məlumat əksini tapıb.

Jurnalda Azərbaycan iqtisadiyyatının əsas sahələri, ölkənin tranzit imkanları, biznes və investisiya mühiti, ixrac imkanları, Bakının və regionların turizm potensialına dair məqalələr, həmçinin Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən mədəniyyət nümunələri, Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar verilib.

Nəşrin ölkəmizin biznes və investisiya mühitinə həsr olunmuş məqaləsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətindən də bəhs edilir.

https://azertag.az/xeber/1271400

https://azertag.az/en/xeber/1271505

Powered by Froala Editor