Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“D-8”ə üzv dövlətlərin KOB-larla iş üzrə dövlət qurumlarının 9-cu görüşü keçirilib 01.05.26
“D-8”ə üzv dövlətlərin KOB-larla iş üzrə dövlət qurumlarının 9-cu görüşü keçirilib

Görüşdə KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib 

 

Nigeriyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyinin (SMEDAN) təşkilatçılığı ilə “D-8”ə üzv dövlətlərin KOB üzrə dövlət qurumlarının 9-cu görüşü keçirilib. Onlayn formatda təşkil olunmuş görüşdə ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmsil edib. Azərbaycanla yanaşı, tədbirdə Banqladeş, Misir, Malayziya, Nigeriya, İndoneziya, Pakistan və Türkiyənin KOB sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


Görüşdə KOBİA nümayəndələri tərəfindən KOB-ların iqtisadi şaxələndirmə, məşğulluq, innovasiya və dayanıqlı inkişafda artan rolu qeyd edilib. Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən məsləhət, təlim xidmətləri, startapların təşviqi və bazarlara çıxışına dəstək mexanizmləri, sahibkarlara "G2B" və "B2B" xidmətlərin vahid məkanda təqdim edildiyi KOB evi modeli barədə məlumat verilib. Həmçinin KOBİA-nın COP29 çərçivəsində irəli sürdüyü KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyasına dair Birgə Bəyannamə haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Tədbirdə “D-8” çərçivəsində KOB sahəsində əməkdaşlığın praktik istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin görüşdə “D-8” ölkələrinin KOB üzrə dövlət qurumları arasında imzalanmış Anlaşma Memorandumunun reallaşdırılması çərçivəsində KOBİA tərəfindən hazırlanmış Fəaliyyət Planının layihəsi təqdim olunub. Sənəddə “D-8” ölkələri arasında KOB siyasəti və proqramları üzrə təcrübə mübadiləsi, biznes imkanları bülleteni, onlayn təlimlər, “B2B” görüşlərin keçirilməsi, inkubatorlar və İKT üzrə mübadilə, eləcə də yaşıl KOB-larla bağlı pilot fəaliyyətlər nəzərdə tutulur.

Powered by Froala Editor