Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 10.07.24
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. 

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd "Pacco onlayn ticarət" MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, "MRP" MMC-nin müştəri rəyləri platforması, "Renter" MMC-nin onlayn icarə platforması, "Kodlasan" MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, "AREA Engineering" MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, "Etik Teknoloji Baku" MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, "SOS Avto" MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiqi, "BYQR" MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, "Tezfinance Tech" MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor