Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə!
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 19.08.26
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 292-yə çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.

“Startap” şəhadətnamələri "İnvitation Group" MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, "Rekrio" MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, "GRC Lab" MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, "Aİ Development" MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, "Yolutap" MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də “Startap” şəhadətnamələri təqdim edilib. 

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Powered by Froala Editor