Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır
Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək 11.06.19
Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya gedib.

Turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun - 6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim, müvafiq müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər. Bundan başqa, sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 400-dən çox sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

Powered by Froala Editor