Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 11.02.26
Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 255-ə çatıb. 

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. 

“Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar  üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra video oyunu, Həsən Həsənovun “Meetra” görüş otaqlarının onlayn idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat” simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, "Proveb" MMC-nin “Qrgate” QR kod əsaslı işə davamiyyətə nəzarət və giriş-çıxış platforması və "Profmart" MMC-nin "Profmart" peşəkarlar üçün onlayn xidmət platforması layihələri üçün verilib. 

Təqdim edilmiş “Startap” şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib.  

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Powered by Froala Editor