Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi və maliyyə savadlılığının artırılmasına dair təlim keçirilib 30.08.19
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi və maliyyə savadlılığının artırılmasına dair təlim keçirilib

Avqustun 30-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı, Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələdə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçirilib.

Sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə reyestr, yüklülüyün növləri və yüklülük predmeti, sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Tədbir çərçivəsində KOBİA-nın fəaliyyət istiqamətləri barədə məlumat verilib, Agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğu bildirilib. Bu tədbirlər qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması və digər istiqamətləri əhatə edir.

Təlimdə həmçinin, sığorta bazarı, bazarın xüsusiyyətləri, sığortanın növləri haqqında təqdimatlar keçirilib.

Powered by Froala Editor