Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı 19.08.19
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı






Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanından irəli gələn tapşırığa əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər.

Sahibkarlara kömək məqsədilə nümunəvi ərizə forması və tələb olunan sənədlərlə bağlı məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).

Əlavə məlumat üçün KOBİA-ya müraciət edə bilərsiniz (Telefon: 012-404-04-01).

Powered by Froala Editor