Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
DGK ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb 25.09.20
DGK ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Trend-in məlumatına görə, memorandumu DGK sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Memorandumun məqsədi sahibkarlığın inkişafına dəstək, idxal-ixrac əməliyyatlarında təcrübənin bölüşməsi, fəaliyyətin asanlaşdırılmasıdır.

DGK sədri Səfər Mehdiyevin sözlərinə görə, bu memorandum gömrük orqanları ilə KOB subyektləri arasında əməkdaşlığın inkişafını nəzərdə tutur:

“Azərbaycan DGK Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə KOB subyektlərinə onların idxal-ixrac əməliyyatlarında kömək göstərməyə hazırdır. Bizim məqsədimiz ölkədə kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləməkdir”.

Öz növbəsində Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, bu sənəd həm kiçik və orta biznes subyektlərinin, həm də gömrük strukturlarının fəaliyyətinin inkişafına yönəlib.

Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə “KOB Evi - Gömrük və Logistika adaları”nın təsis olunması; KOB-ların “Yaşıl dəhliz” buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və “Yaşıl Dəhliz Xidməti”nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.