Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib
Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb 07.05.24
Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə  hazırlanıb

Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə KOBİA-nın saytından tanış ola bilərlər.

Ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsi çərçivəsində ESG-yə dair müxtəlif məsələlər üzrə məlumatların toplandığı məcmuə hazırlanıb. 

Məcmuədə ESG üzrə ölkəmizin beynəlxalq öhdəlik və vəzifələri, qanunvericilik bazası, statistik məlumatlar, qiymətləndirmə metodologiyaları, hesabatlıq standartları və digər məsələlər öz əksini tapıb.

Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) www.smb.gov.az saytından tanış ola bilərlər (https://smb.gov.az/storage/ESGMecmue2024.pdf). 

Qeyd edək ki, ESG-nin əsas elementlərindən biri olan “yaşıl iqtisadiyyat”a transformasiya KOB-lar üçün faydalıdır. Belə ki, ESG prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitinin mühafizəsinə xidmət etməklə yanaşı, səmərəli və qənaətli texnologiyaların tətbiqi,  eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı biznesin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Bu gün beynəlxalq investorlar sərmayə ilə bağlı qərarlar verən zaman yaşıl məsələləri də özündə ehtiva edən ESG prinsiplərinə üstünlük verirlər. 

Azərbaycanda ESG prinsiplərinin daha geniş şəkildə təşviq edilməsi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış formalaşdırılıb və Yol Xəritəsi təsdiq edilib.   

Powered by Froala Editor