Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclası keçiriləcək 16.05.23
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclası keçiriləcək

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclasında ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə ediləcək. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun mayın 26-da, saat 15:00-da onlayn formatda növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılacaq.

İclasda alt-qrupa üzv olan dövlət qurumlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.

Powered by Froala Editor