Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt qrupun iclası keçirilib 30.05.23
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt qrupun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə alt qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər müzakirə edilib. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi və Energetika nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM), bir sıra beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr və cari ilin qalan dövrü üzrə fəaliyyət istiqamətləri, o cümlədən ESG elementləri ilə bağlı yerli qanunvericilik bazası və mövcud tələblər, qabaqcıl ölkələrin təcrübəsi, müvafiq sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər müzakirə edilib. İcra prosesinin effektiv təşkili məqsədilə informasiya mübadiləsinin genişləndirilməsi, özəl sektoru təmsil edən maraqlı tərəflərin prosesə daha fəal cəlb edilməsi və mövcud platformadan istifadə edilməklə ESG ilə bağlı təşəbbüslərin irəli sürülməsi barədə tövsiyələr verilib.   

Powered by Froala Editor