Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun ilk iclası keçirilib 20.10.22
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun ilk iclası keçirilib

Oktyabrın 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun ilk iclası keçirilib.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyi və qurumlarının, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM), eləcə də bir sıra yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.


İclasda altqrupun qarşısında duran vəzifələr, ESG standartları üzrə Yol Xəritəsinin hazırlanması ilə bağlı görüləcək işlər, tematik qrupların yaradılması və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb və bu istiqamətdə müvafiq qərarlar qəbul olunub.

Powered by Froala Editor