Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Elan 10.06.19
Elan

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Elektron xidmətlərin təşkili departamentinin müdir müavini vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Agentliyin kompüter şəbəkəsinin, server, xarici yaddaş avadanlıqlarının fasiləsiz, səmərəli işini təşkil etmək və nəzarət funksiyalarını həyata keçirmək;

- Mövcud olan server və şəbəkə avadanlıqlarının idarə olunmasını təmin etmək;

- İnformasiya mübadiləsinin təşkilini, təhlükəsizliyinin təmin edilməsini və nəzarəti həyata keçirmək;

- Departament müdiri tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;

- Departamentin iş planlarının və işçilər arasında iş bölgüsünün icrasına nəzarət etmək;

- Aidiyyəti üzrə əməkdaşların fəaliyyətinə nəzarəti həyata keçirmək.

Namizədə tələblər:

- Ali təhsil (Texniki və texnoloji ixtisaslar qrupu). Magistr təhsili üstünlükdür;

- İngilis və ya rus dillərindən birini bilmək;

- Müvafiq sahədə minimum 5 il iş təcrübəsinə sahib olmaq;

- MS Windows və Linux əməliyyat sistemləri haqqında biliklərə malik olmaq;

- Şəbəkə texnologiyaları və proqram təminatlarının hazırlanması üzrə biliklərə malik olmaq;

- Ünsiyyət yaratmaq, dinləmək, təşəbbüskar və nəticə yönümlü fəaliyyət göstərməklə yeniliklərə açıq olmaq.

Şərtlər:

- Tam iş günü, iş qrafiki I-V günlər;

- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektron xidmətlərin təşkili departamentinin müdir müavini” yazaraq 01.07.2019 tarixinə qədər hr@smb.gov.az ünvanına göndərməsi xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Powered by Froala Editor