Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
ELAN 26.05.26
ELAN

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) sahibkar və menecerləri “Partnering in Business with Germany” Proqramına dəvət edir.

Mövzu: “Yaşıl iqtisadiyyat”

Dil: İngilis dili

Müddət: 7 ay (Bakıda hazırlıq, Almaniyaya 2 həftəlik səfər və praktiki mərhələ)

Tarixlər:

Bakıda seminar: 20-21 iyul 2026

Almaniya səfəri: 14 sentyabr – 1 oktyabr 2026 (Drezden və Berlin şəhərləri)

Son müraciət tarixi: 20 iyun 2026

İştirak şərtləri: İştirakçıların xərcləri (nəqliyyat istisna olmaqla) Almaniya tərəfindən qarşılanır. Seçim müsabiqə yolu ilə aparılır.

Müraciət üçün sənədlər: Aşağıdakı sənədləri ingilis dilində training@smb.gov.az ünvanına (mövzu yerinə: "Almaniyada ixtisasartırma kursu" yazılmaqla) göndərməyiniz xahiş olunur:

1. Müraciət forması (Application Form)

2. Şirkət rəhbərliyindən tövsiyə məktubu

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Telefon: (+994 12) 404 04 01, (+994 55) 200 04 57

E-poçt: training@smb.gov.az 

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir.

Powered by Froala Editor