Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
ELAN 15.07.26
ELAN

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu və regionlarla iş departamentinin Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonları üzrə regional koordinatorluğunun Masallı KOB dostu vakant vəzifə üzrə işə qəbul elan edir.

 

 KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

 - fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı məsələlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər:

 - Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə ixtisas qrupları, Hüquqşünaslıq;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviq mexanizmləri haqqında məlumatlı olmalı;

- Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və göstərdiyi dəstəklər haqqında məlumatlı olmalı.

 

Vakant vəzifələrə dair şərtlər: 

 - Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Agentliyin fəaliyyəti haqqında (qanunvericilik, dəstəklər, fəaliyyət istiqamətləri) www.smb.gov.az saytından məlumat əldə etmək olar. Maraqlı şəxslər CV-lərini (yalnız Azərbaycan dilində) KOB dostu vəzifəsi üzrə (region adı qeyd edilməklə) 20 iyul tarixinədək hr@smb.gov.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Powered by Froala Editor