Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
ELAN 27.01.21
ELAN

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı vəzifələr üzrə işə qəbul elan edir:

 

KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi; 

İsmayıllı KOB Dostu;

Hacıqabul KOB Dostu;

- Salyan KOB Dostu;

- Sabirabad KOB Dostu;

- Masallı KOB Dostu.

 

KOB Dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək; 

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları problemlərin həllinə operativ dəstək göstərmək; 

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək; 

- təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və Agentliyə təqdim etmək; 

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq; 

- zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək; 

- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək; 

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək. 

 

KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə əmək funksiyaları:

 

- xidməti tapşırıqların icrasını təmin etmək;

- departamentin iş planlarında şöbə üzrə tapşırıqların icrasını həyata keçirmək;

- departamentin işinin əlaqələndirilməsində iştirak etmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkili prosesində iştirak etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin təşkilində iştirak etmək;

- departamentin fəaliyyəti ilə bağlı zəruri dövri hesabatların və məlumatların qəbul olunması, emalı və təhlilini aparmaq; 

- departamentin fəaliyyəti ilə bağlı dövri statistik icmalın hazırlanmasında iştirak etmək;  

- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər: 

- Ali təhsil tələbi: İqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə bakalavriat səviyyəsi;

- Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək; 

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı; 

- İqtisadi təhlil, sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı. 

 

Şərtlər:  

 

- Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” və ya “KOB Dostu departamentinin Koordinasiya və icmal şöbəsinin kiçik mütəxəssisi” yazaraq 15.02.2021-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor