Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib Ağdaşda sahibkarların qəbulu keçiriləcək İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub "Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur! Hansı strateji sahələrə investisiya təşviqi sənədi verilir?
ELAN 26.11.22
ELAN

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın formalaşdırılması ilə əlaqədar yaradılmış Seçki komissiyasının sonuncu iclası keçirilib. İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər artıq Seçki komissiyası tərəfindən qiymətləndirilib, müəyyən edilmiş tələblərə uyğun təqdim olunmuş və adları siyahıda göstərilən namizədlərin müraciətləri qeydə alınıb: 


Namizədlərin siyahısı


Nəzərinizə çatdırırıq ki, KOBİA yanında İctimai Şura üzvlərinin say həddi 15 nəfər müəyyən edilib. İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağın 29 noyabr 2022-ci il saat 11:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən KOBİA-nın görüş zalında keçirilməsi qərara alınıb. 


Seçkilərdə iştirak etmək məqsədilə hər bir vətəndaş cəmiyyəti institutu müvafiq qaydada üzvlərini qeydiyyatdan keçirməklə onların iştirakını təsdiq edə bilərlər. 


Seçicilərə dair tələblər aşağıdakılardır: 

- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.


Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. vətəndaş cəmiyyəti institutuna dair müvafiq rəsmi sənəd.


Seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcəkdir. 


Yuxarıda göstərilən qeydiyyat üçün sənədlər ictimaishura@smb.gov.az elektron poçtuna elektron qaydada təqdim edilə bilər.  


Qeydiyyat üçün sənədlər 26 noyabr 2022-ci il tarixindən etibarən qəbul edilir və sənədlərin qəbulu müddəti 28 noyabr 2022-ci il tarixində saat 18:00-da başa çatacaq.


Seçkilərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. 

Powered by Froala Editor