Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb 21.02.19
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə fevralın 21-də Bakı şəhərində və ölkə regionlarında ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Tədbirdə İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Prezindetinin rəhbərliyi ilə ölkəmizdə özəl bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və dəstək mexanizmləri, eləcə də Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, Agentlik “KOB Dostu” və digər dəstək mexanizmləri vasitəsilə sahibkarlara müxtəlif sahələr üzrə xidmətlər göstərir. Agentliyin başlıca fəaliyyət istiqamətlərindən biri də dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsidir. Belə formatda görüşün təşkilində məqsəd də məhz sahibkarlar və dövlət qurumları arasında səmərəli əməkdaşlıq platformasının daha da genişləndirilməsidir və bu cür tədbirlərin mütəmadi olararaq təşkil olunması nəzərdə tutulur.

Sonra İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri müvafiq sahələrdəki yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə sahibkarları məlumatlandırıblar.

Tədbirdə ət və ət məhsulları istehsalı və quşçuluq sahələrinin inkişafı, istehsalın dəstəklənməsi, satışın təşkili, idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi, eləcə də sahibkarları maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarları maraqlandıran sulları cavablandırıblar.

Görüş çərçivəsində həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Dostu” mexanizmi barədə məlumat verilib, Bakı şəhəri üzrə KOB dostları sahibkarlara və aidiyyəti dövlət qurumlarının nümayəndələrinə təqdim olunub.

Powered by Froala Editor