Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi və KOBİA-nın fəaliyyəti barədə süjet yayımlanıb 14.10.25
"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi və KOBİA-nın fəaliyyəti barədə süjet yayımlanıb

"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi mexanizmləri barədə süjet yayımlanıb.  

Video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur. 

Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır.

Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib.



Powered by Froala Editor