Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Gənc Sahibkarların IV Forumu keçiriləcək 03.11.23
Gənc Sahibkarların IV Forumu keçiriləcək

Gənc Sahibkarların IV Forumunun təşkilində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətini təşviq etmək, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi tədbirləri barədə onları məlumatlandırmaqdır. 

Noyabrın 17-də “Bakı KOB evi”ndə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək. Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır. 

Forum Azərbaycanda sahibkarlığın inkişafında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilən “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir.

Tədbirdə dövlət rəsmiləri çıxış edəcək, panel müzakirə təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startaplar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər. İştirakçı qismində foruma qatılmaq istəyən şəxslər noyabrın 10-dək aşağıdakı linkdəki anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yalnız dəvət alan şəxslərin foruma girişi təmin olunacaqdır. 

Link: https://forms.gle/uyaVsJpLKJWh6q1W9


Powered by Froala Editor