Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib 19.03.26
“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

"Gəncə KOB evi"ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. 

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb. “Gəncə KOB evi”ndə 15 dövlət qurumu (İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, “Azəriqaz” İB, “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti) tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. Sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər.  

KOB evində həmçinin, sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi “B2B” xidmətlər də göstəriləcək. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmət pəncərəsində sahibkarlara “G2B” və “B2B” xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da “Gəncə KOB evi”nin xidmətlərindən istifadə edə bilərlər. 

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada fəaliyyət göstərəcək. “Gəncə KOB evi”ndə həmçinin, sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və regionda fəaliyyət göstərən sahibkarlar "Gəncə KOB evi"ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmət pəncərələri ilə tanış olublar.

Qeyd edək ki, “Gəncə KOB evi” Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək. 

Hazırda KOB evləri Gəncə şəhəri ilə yanaşı, Bakı, Xaçmaz (həmçinin Xudatda “Food City” Aqroparkında xidmət mərkəzi), Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, dövlət xidmətlərinə sürətli və rahat çıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıca üstünlükləridir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət göstərilir. 2026-cı ilin 1 yanvar tarixinə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

Powered by Froala Editor