Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir 25.04.22
İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb. Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. 

“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin 1000-dən çox çeşiddə məhsulları nümayiş olunur. Tədbirdə həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim olunur.  

Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər. 

KOB Fest sərgi-satış yarmarkası aprelin 26-dək hər gün saat 10.00-dan 20.30-dək açıq olacaqdır.

Powered by Froala Editor