Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
İmişlidə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib 01.04.22
İmişlidə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

İmişli rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 

15-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə İmişli Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma Sistemləri İdarəsinin, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin və “Prior Leasing” ASC-nin nümayəndələri sahibkarların ehtiyac və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıblar. 

Görüşdə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və layihələr, bu sahəyə olan dəstək mexanizimləri, aqrar sığortanın əhəmiyyəti, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları, maliyyə mənbələrinə çıxış, müvəkkil banklar tərəfindən verilən biznes və güzəştli kreditlər və s. barədə məlumat verilib. 


Powered by Froala Editor