Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“İnsan İnkişafı Fokusunda: MeetUp” adlı görüş keçirilib 02.06.25
“İnsan İnkişafı Fokusunda: MeetUp” adlı görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə “İnsan İnkişafı Fokusunda: MeetUp” interaktiv görüşü keçirilib.

“Milli dəyərlərlə birgə qlobal biznesə” mövzusuna həsr olunmuş tədbir insan kapitalının inkişafını təşviq etmək məqsədilə təşkil olunub.

Panel müzakirə formatında keçirilən tədbirdə dövlət və özəl qurumların nümayəndələri tərəfindən şirkətlərdə milli dəyərlərə uyğun sistem və siyasətlərin qurulması, təşviq mexanizmlərinin dəyərlərlə inteqrasiyası, dəyərləri yaşadan davranış kodeksləri, təlimlər və korporativ mədəniyyət, HR siyasətində milli dəyərlərə uyğun kadr seçimi, fərdi inkişaf, mentorluq, könüllü öyrənmə vasitəsilə dəyərlərin inkişafı və digər istiqamətlərdə çıxışlar edilib, müzakirələr aparılıb. 

Tədbir iştirakçılarına “Azərbaycan Biznes Mədəniyyəti” kitabı təqdim edilib.

Powered by Froala Editor