Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
İnsan Resursları Zirvəsi keçirilir 21.06.23
İnsan Resursları Zirvəsi keçirilir

İnsan Resursları Zirvəsində biznesin inkişafında insan kapitalının rolu, bu sahədə KOBİA-nın fəaliyyəti barədə də məlumat verilib.

“Gülüstan” sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirilir. İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbir “Gələcəyə qayıdış” devizi ilə keçirilir. Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.

Tədbir çərçivəsində təşkil olunan “Köçü qarşıla: Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” mövzusunda panel müzakirədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznesin inkişafında insan kapitalının rolu, bu sahədə Agentliyin fəaliyyəti, eləcə də KOBİA-nın kadr siyasəti barədə fikirlərini bölüşüb.

Qeyd edilib ki, biznesdə yeni sahələrin yaranması və mövcud sektorların inkişafı insan resurslarının inkişafını və bu sahədə yeniliklərin tətbiqini aktuallaşdırır. Mikro, kiçik və orta bizneslərin gələcək inkişafı və insan resursları strategiyasının düzgün qurulması məqsədilə kadr potensialından səmərəli istifadə prioritet məsələlərdəndir. Şirkətlər maddi rifahlarına uyğun olaraq işçilərinin motivasiya, bilik və bacarıqlarının artırılmasına yönəlmiş strategiyanın qurulmasına önəm verdikləri halda müvəffəqiyyəti artırmağa nail ola bilərlər. KOB-ların inkişafında insan kapitalı əhəmiyyətli rol oynadığından bu sahədə qlobal trendlər diqqətdə saxlanılmalıdır. Bunları nəzərə alaraq KOBİA da sahibkarlara dəstək göstərən qurum kimi insan resurslarının inkişafına böyük önəm verir. Biznesin qurulması və inkişafı, eləcə də ömürboyu öyrənmənin təmin edilməsi üçün KOBİA tərəfindən müasir çağırışlara uyğun təlimlər, praktik məsləhət xidmətləri göstərilir. Agentlik sahibkarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə əməkdaşların yerli və xarici təlimlərə cəlb edilməsini də diqqətdə saxlayır. 

İnsan Resursları Zirvəsi iyunun 22-dək davam edəcəkdir. 

Powered by Froala Editor