Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib 10.07.26
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib

Sahibkarlar qiymətli kağızlar bazarı barədə məlumatlandırılıblar. 

 

Biznes subyektlərinin alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir bu dəfə Ağsu şəhərində təşkil edilib.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası, Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Paşa Kapital” investisiya şirkətinin iştirakı ilə keçirilən tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və qiymətli kağızlar bazarı mövzularında təqdimatlar olub.


Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, QubaŞəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub.  

Powered by Froala Editor