Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib 17.04.22
İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib

İordaniyanın paytaxtı Əmman şəhərində İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan iş adamlarının İordaniyaya işgüzar səfəri çərçivəsində təşkil olunub. 


İordaniya İş Adamları Assosiasiyasının (JBA) təşkilatçılığı ilə keçirilmiş forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, turizm, otelçilik, səhiyyə və təhsil sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. İordaniya tərəfi də biznes forumda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. 


Forumda İordaniyanın investisiya naziri Kheiry Amr, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İordaniya İş Adamları Assosiasiyasının sədri Hamdi Tabbaa, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov və İordaniyanın ölkəmizdəki səfiri Sami Asem Ğoşeh müvafiq olaraq ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə, biznes və investisiya potensialına, birgə əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini bölüşüblər. 


Sonra Azərbaycanda biznesi dəstəkləyən qurumların – KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyasının nümayəndələri və iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanda biznes imkanları, iş adamlarının şəbəkələşməsi barədə təqdimatlarla çıxış ediblər. 


İordaniyanın İnvestisiya Nazirliyi, Sosial İnvestisiyaların Müdafiəsi Fondu, İordaniyanın Azad İnkişaf Zonaları Qrupu tərəfindən bu ölkənin biznes imkanları, əməkdaşlıq üçün sektorlar, Azərbaycan sahibkarları ilə birgə layihələrin icrası barədə məlumat verilib. 


Forum çərçivəsində KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Powered by Froala Editor