Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarları qəbul edib 29.03.19
İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarları qəbul edib

Məlumat verildiyi kimi, martın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirilib.

Müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili məqsədilə İqtisadiyyat Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Martın 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərər çəkmiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən sahibkarların fərdi qaydada qəbuluna başlanılıb. Qəbulda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş hər bir sahibkarın problemləri fərdi qaydada dinlənilib, onlarla müzakirələr aparılıb, göstəriləcək dövlət dəstəyi tədbirləri diqqətə çatdırılıb.

Qəbulda İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müvafiq dəstək göstəriləcək. Qeyd olunub ki, artıq dövlət başçısının Sərəncamı ilə baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılıb. Aprelin ilk həftəsindən etibarən zərər çəkmiş sahibkarlara bu vəsait hesabına maddi yardımın göstərilməsi nəzərdə tutulur. Bundan başqa, ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarlara uzunmüddətli güzəştli kreditlər təklif olunur, onların istəyinə uyğun digər ticarət mərkəzlərində yerləşdirilmələri istiqamətində işlər aparılır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyində yaradılmışİşçi Qrupu tərəfindən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarların fərdi qəbulu martın 31-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) davam etdiriləcəkdir. Zərurət yaranacağı təqdirdə qəbul müddəti uzadılacaqdır.

Powered by Froala Editor