Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
İri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb 18.06.20
İri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda fəaliyyət göstərən iri ticarət mərkəzlərinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə iri ticarət mərkəzlərinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlərə ciddi əməl edilməsi, bu məqsədlə ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şəraitin yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması bir daha sahibkarların diqqətinə çatdırılıb. Qeyd edilib ki, metodiki göstərişlər KOBİA və İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinet vasitəsilə də sahibkarlara göndərilib.

Görüşdə həmçinin, koronovirus pandemiyası ilə əlaqədar iri ticarət mərkəzlərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor