Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
İşçi Qrupu tərəfindən 441 zərər çəkmiş sahibkar fərdi qaydada qəbul edilib 01.04.19
İşçi Qrupu tərəfindən 441 zərər çəkmiş sahibkar fərdi qaydada qəbul edilib

Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında sahibkarların fərdi qəbulu başa çatdırılıb.

29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğunu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.

Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min m2 olan 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min molan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb.

Zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil ediləcəkdir.

Powered by Froala Editor