Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur 18.11.20
İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün İstanbulda öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur.

Azərbaycan ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə beynəlxalq sərgidə iştirak edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənir, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində əsasən sənaye sahəsində olmaqla 20-yə yaxın şirkətə (mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri) məxsus məhsullar barədə məlumatlar verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və s. nümayiş olunur.

Azərbaycanın stendinə yaxınlaşan ziyarətçilər, iş adamları və investorlar işğaldan azad olunmuş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlandırılır, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak edə biləcəyi diqqətə çatdırılır.

“Qarabağ Azərbaycandır” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Bu gün Azərbaycanın stendini Türkiyə Respublikasının dövlət rəsmiləri də ziyarət ediblər.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunur.

Powered by Froala Editor