Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb 23.11.20
İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb

İstanbulda keçirilən “MUSİAD Expo 2020” sərgisi başa çatıb. Sərgidə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş etdirilib, iki qardaş ölkənin aidiyyatı qurumları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunub. Stendin dizaynında Şuşa qalasının və Yuxarı Gövhər Ağa Məscidinin formalarından istifadə edilib. İki hissədən ibarət stendin birinci bölməsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin zəngin təbii sərvətləri, faydalı qazıntıları və turizm potensialı barədə məlumat verilib, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayılar və sair nümayiş olunub. İkinci hissədə ziyarətçilərə mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorlarında fəaliyyət göstərən 20-yə yaxın Azərbaycan şirkətinin məhsulları, eləcə də ölkəmizin sənaye potensialı və sənaye parkları barədə məlumatlar təqdim edilib.

Sərgini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkənin nazirləri, bir sıra dövlət nümayəndələri və digər rəsmi şəxslər ziyarət ediblər.

İşğaldan azad edilən ərazilərimizin mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materialların nümayiş olunduğu, ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatların verildiyi Azərbaycanın qələbə şüarı olan “Qarabağ Azərbaycandır” stendi ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə təmsil olunub.

Ölkəmizin sərgidə builki iştirakının məqsədi Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MUSİAD) təşkilatçılığı ilə keçirilir. Builki sərgidə 80-dən çox ölkədən olan şirkətlərin məhsulları nümayiş etdirilib. Sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes-forumu, iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.

https://azertag.az/xeber/Istanbulda_teskil_edilen_...

Powered by Froala Editor