Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
İsveçrədə KOBİA-nın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib 22.08.25
İsveçrədə KOBİA-nın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib

Cenevrədə KOBİA bir sıra tədbirlərdə iştirak edib, müxtəlif görüşlər keçirib. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş səfər zamanı KOBİA tərəfindən İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimatlar keçirilib. 


Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Agentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumat verib. “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə dair KOBİA-nın təqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub. Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. 


SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti (SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib, bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarını imzalayıblar. Sənədlərdə KOB-ların yaşıl keçidinə dəstək və bu istiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət, investisiya imkanları və yaşıl təşəbbüslərə dair məlumat mübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdə tutulur. 


KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas, Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müavini Doroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlər keçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor