Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Kənd təsərrüfatı sahəsində standartlara və sertifikatlaşdırmaya dair seminar keçiriləcək 01.03.19
Kənd təsərrüfatı sahəsində standartlara və sertifikatlaşdırmaya dair seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SGS Azeri” MMC-nin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə əkinçilik standartları və sertifikatlaşdırma prosesi” mövzusunda seminar təşkil olunacaq.

Seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, innovativ metodların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinə nail olmaq üçün beynəlxalq norma və tələblər barədə sahibkarların maarifləndirilməsidir.

Tədbirdə müvafiq sahədə təcrübəli yerli və xarici mütəxəssislər tərəfindən toxumçuluğun inkişafı, əkin prosesinin optimallaşdırılması, nəzarət tədbirlərinin keyfiyyətinin yüksəldilməsi, risklərin effektiv idarə edilməsi, beynəlxalq standartlar olan (Global Gap, Bio/Orqanik, İSO) üzrə sertifikatlaşdırma prosesi haqqında ətraflı məlumat veriləcək.

Seminar 6 mart 2019-cu il tarixində, saat 09.00-dan 13.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) keçiriləcəkdir.

Tədbirdə iştirak üçün ödəniş nəzərdə tutulmur.

Seminarda iştirak etmək istəyən sahibkarlar qeydiyyat üçün müraciət edə bilərlər:

KOBİA

Aygün Həsənzadə,

(055) 792-24-26, aygun.hasanzade@smb.gov.az

“SGS Azeri” MMC

Nigar Mahmudova

(050) 286-01-60, nigar.makhmudova@sgs.com

Powered by Froala Editor