Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə 200-dən çox müraciət daxil olub 07.02.22
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə 200-dən çox müraciət daxil olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbulu başa çatıb. 

 

Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında yaşayan, turizm sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq və ya özünüməşğulluğunu təmin etmək istəyən vətəndaşlardan ümumilikdə 226 müraciət daxil olub. Daha çox müraciət Zaqatala rayonu üzrə qeydə alınıb.   

 

Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır, turizm obyekti kimi təsis olunacaq evlərin vəziyyəti öyrənilir. Seçim prosesi başa çatdıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə müvafiq işlər aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.

 

Layihə çərçivəsində qeyd olunan rayonlarda ümumilikdə 50 kənd qonaq evinin yaradılması nəzərdə tutulur. 

Powered by Froala Editor