Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb 18.04.19
Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına Nəzarət Palatası və ABAKOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi üçün birgə əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin, KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi Agentlik üçün prioritet məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin aparılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaqdır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov son zamanlar qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə bazarlarında nəzərə çarpan müsbət dəyişikliklər, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addımlar, ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi və KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan təşviqedici tədbirlər barədə məlumat verib. İbrahim Alışov bildirib ki, ölkə başçısı tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidliyini təmin edəcəkdir ki, bu da öz növbəsində KOB subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda canlanmaya səbəb olacaqdır.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Niyyət Protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, kiçik və orta biznesin maliyyə əlçatanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərəfindən KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaqdır. Beləliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritet sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcəkdir.

Powered by Froala Editor