Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir Sahibkarların Şəmkirdə qəbulu keçiriləcək WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri ABŞ-da səfərdə olub 23.11.18
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri ABŞ-da səfərdə olub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri başa çatıb.

"Report" xəbər verir ki, səfər çərçivəsində O.Məmmədov Xarici Özəl Sərmayələr Korporasiyasında, Dünya Bankında, Kiçik Biznes Administrasiyasında, Ticarət Nazirliyində və ABŞ Ticarət Palatasında görüşlər keçirib.

Xarici Özəl Sərmayələr Korporasiyasında keçirilən görüş zamanı qurumun Beynəlxalq layihələrin maliyyələşməsi üzrə direktoru Con Diduk xarici ölkələrdə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib, Azərbaycanın bu sahədə böyük potensialının olduğunu xüsusi vurğulayıb.

O.Məmmədov ABŞ-ın Ticarət Nazirliyi ilə KOBİA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini qeyd edərək nazirlik tərəfindən həyata keçirilən "Special American Business Internship Training" proqramının əhatə etdiyi ölkələr, o cümlədən Azərbaycan üçün də peşəkar kadrların hazırlanması baxımından faydalı olduğu bildirilib.

ABŞ Ticarət Palatasında təşkil olunmuş görüş çərçivəsində Palatanın Qlobal təşəbbüslər üzrə vitse-prezidenti Qarri Litman qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə uğurlu əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edib.

Agentlik sədri O.Məmmədov ABŞ Ticarət Palatasının (AMCHAM) Azərbaycanda fəaliyyətinin çox səmərəli olduğunu, işgüzar dairələrin bir çox nümayəndəsini, habelə Azərbaycanın bir sıra şirkətlərini əhatə etdiyi üçün KOBİA ilə AMCHAM arasında əməkdaşlığın yaradılmasına böyük önəm verdiyini qeyd edib. O həmçinin gələcəkdə qarşılıqlı biznes missiyalarının təşkili istiqamətində birgə addımların atılmasının da zəruriliyini vurğulayıb.

Ümumilikdə, görüşlər çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri, Azərbaycanda birgə əməkdaşlıq formatında layihələrin həyata keçirilməsi, o cümlədən qabaqcıl texnologiyaların transferi, innovasiyalar, birgə bazar araşdırmaları, texniki yardım, birgə layihələrin maliyyələşdirilməsi, qarşılıqlı biznes missiyalarının təşkili, KOB İnkişaf Fondları çərçivəsində əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Powered by Froala Editor