Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap layihələrin maliyyələşdirilməsi üçün daha bir beynəlxalq şirkətlə görüş keçirilib Gürcüstanın Biznes Assosiasiyası ilə görüş keçirilib KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanıb Azərbaycan startapları Vişeqrad investorlarının diqqətini çəkmək üçün yarışıb Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib “İxrac Akademiyası” təlimində iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb Beynəlxalq Biznes Festivalı davam edir KOBİA və bp KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir “Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub II Xəzər Su İnnovasiya Forumu keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “AmCham”ın üzvləri ilə görüşüb 02.01.19
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “AmCham”ın üzvləri ilə görüşüb

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) öz üzvləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.

Tədbir “TuranBank”ın dəstəyi ilə keçirilib.

Orxan Məmmədov dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə həyata keçirilən siyasət tədbirləri, ölkənin iqtisadiyyatının inkişafında kiçik və orta sahibkarlığın rolu, həmçinin Agentliyin Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş fəaliyyətinin prioritet istiqamətləri barədə çıxış edib. Orxan Məmmədov ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması ilə ölkədə kiçik və orta biznes sektorunun inkişafında yeni mərhələnin açıldığını qeyd edbi. Agentliyin fəaliyyətinin, əsas etibarilə, mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, sahibkarlara bütün zəruri xidmətlərin peşəkarlıqla və onların tələblərinə uyğun rahat formada göstərilməsinin təmin edilməsinə, dəstəklərin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. İdarə Heyətinin sədri strateji fəaliyyət gündəliyinin həyata keçirilməsi zamanı mütərəqqi təcrübələrin nəzərdən keçirilməsinin əhəmiyyətinə toxunaraq “AmCham”ın bu baxımdan maraqlı tərəfdaş qismində çıxış etdiyini bildirib.

Öz növbəsində, “TuranBank”da Qadın Bankçılıq Mərkəzinin rəhbəri Könül Paşa bankın korporativ profili, həmçinin hazırda davam edən və planlaşdırılan layihələri barədə məlumat verib. Daha sonra “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov Palatanın Azərbaycanın Biznes Mühitinin Təkmilləşdirilməsi üzrə Müşahidə və Tövsiyələri özündə əks etdirən “AmCham” Ağ Sənədinin 2018-ci il nəşrini təqdim edib. Eyni zamanda, o, hazırlıq prosesinə ən çox töhfə verən “AmCham” üzvlərini xüsusi təşəkkürnamələrlə təltif edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “Amcham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” ölkə iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Powered by Froala Editor