Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOB dostu Qazax rayonunda fəaliyyət göstərən sahibkarların xidmətində 09.08.23
KOB dostu Qazax rayonunda fəaliyyət göstərən sahibkarların xidmətində

Qazax Gənclər Evində fəaliyyət göstərən KOB dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.


Qazax rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə sayca 6-cı KOB dostu ofisi fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının iştirakı ilə sahibkarlarla keçirilən görüş çərçivəsində Qazax rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB dostu ofisləri Qazaxla yanaşı, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuzda da fəaliyyət göstərir. Ümumilikdə isə, Qazax rayonu da daxil olmaqla KOB dostu ofisləri ölkənin 45 şəhər və rayonunu əhatə edir. KOBİA sədri Agentliyin fəaliyyəti və KOB dostunun işi barədə sahibkarlara ətraflı məlumat verib. Bildirilib ki, KOB dostu Qazaxda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında KOB dostlarının bölgədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına dəstək olacağını bildirib.  


Tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 


Tədbir iştirakçıları Qazax Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə də tanış olublar. 


Powered by Froala Editor