Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
“KOB Dostu” şəbəkəsi genişləndirilir 04.02.21
“KOB Dostu” şəbəkəsi genişləndirilir


Şirvan şəhərində də “KOB Dostu” fəaliyyətə başlayıb. 

 

Şirvan şəhərində, eləcə də ona yaxın ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Şirvan “KOB Dostu”na müraciət edə bilərlər.

 

Şirvan “KOB Dostu” ofisi Şirvan Gənclər Mərkəzində yerləşir.

 

Digər KOB dostları kimi Şirvan “KOB Dostu” da iqtisadi rayonda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqəndirmə və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir. Həmçinin, Şirvan “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaqdır. 

 

Hazırda ölkənin 21 şəhər və rayonunda 26 “KOB Dostu” fəaliyyət göstərir. 2021-ci il ərzində Salyan, İsmayıllı, Hacıqabul, Sabirabad, Göyçay və digər şəhər və rayonlarda da KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Powered by Froala Editor