Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
KOB evlərinə gəlmədən onlayn növbə əldə et 20.05.21
KOB evlərinə gəlmədən onlayn növbə əldə et



KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə edə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış “KOB növbə” sistemi KOB evlərinə müraciət edən sahibkarlara daha operativ xidmətin göstərilməsinə imkan verir. “KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır. 


Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue).


Qeyd edək ki, sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət təqdim olunur. Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs 



Powered by Froala Editor